RU

Salahdan vida mesajı: “Hər şeyini vermək lazımdır”

ain.az, Idman.biz saytına istinadən bildirir.

İngiltərənin “Liverpul” futbol komandasının hücumçusu Məhəmməd Salah klubla vidalaşarkən komanda yoldaşlarına mesaj ünvanlayıb.

İdman.Biz xəbər verir ki, misirli futbolçu uğurun yalnız istedadla bağlı olmadığını vurğulayıb. O, futbolçulara daim çox çalışmaq və meydanda bütün gücünü ortaya qoymaq lazım gəldiyini bildirib.

“Futbolçulara mesajım budur: məsələ istedadda deyil, çox çalışmaqda və hər zaman bütün gücünü verməkdədir”, - deyə Salah qeyd edib.

33 yaşlı hücumçu “Liverpul”dan ayrılmağın onun üçün çox ağır olduğunu da etiraf edib:

“Çox ağladım. Bəlkə də bütün həyatım boyu ağladığımdan daha çox. Belə bir yerdən ayrılmaq çox çətindir. Mən çox emosional insan deyiləm, amma bu, çox çətin məsələdir. Biz bunu bacardıq və klubu layiq olduğu yerə qaytardıq”.

Qeyd edək ki, Salah vida matçında “Brentford”la görüşdə məhsuldar ötürmə edərək “Liverpul”un Premyer Liqa tarixində ən çox assist edən futbolçusuna çevrilib.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
46
icma.az

1Источники