RU

Goranboyda bu əraziləri sel basdı - FOTO

BAKI, 25 may. TELEQRAF

Goranboy rayonunda güclü yağışların yaratdığı sel bir sıra fəsadlara səbəb olub.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, yağan intensiv yağışlar nəticəsində Gorançay və Kürəkçay çaylarında suyun səviyyəsi artıb. Bu səbəbdən rayonun Veyisli, Qazançı və Goranlı kəndlərində əkin sahələrini sel suları basıb.

Yaranmış vəziyyətlə əlaqədar olaraq sel sularının yaşayış məntəqələrinə dolmasının və təsərrüfatlara ziyan vurmasının qarşısını almaq məqsədilə zəruri tədbirlər görülür.

Hazırda ərazidə yağıntılı hava şəraiti davam edir.

Избранный
61
teleqraf.com

1Источники