RU

Füzulidə ildırım bir nəfəri vuraraq öldürüb

Füzuli, 25 may, AZƏRTAC

Füzuli rayonunda ildırım düşməsi zamanı ölümlə nəticələnən hadisə baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə axşam saatlarında rayonun Zobucuq qəsəbəsi ərazisində qeydə alınıb. Ə.Hacıyev at belində olarkən ildırım vurmasına məruz qalıb. Hadisə zamanı həmin şəxs ölüb və at tələf olub.

Müxbir-Aydın Yavərzadə

Избранный
95
2
azertag.az

3Источники