RU

Axios: ABŞ-İran sazişi hələ də risk altındadır...

Vaşinqton razılaşmanın yaxın günlərdə imzalana biləcəyini desə də, yekun risklərin qaldığını etiraf edir...

ABŞ və İran arasında hazırlanan mümkün razılaşma hələ də təhlükə altında qalmaqda davam edir.

Poliqon xəbər verir ki, bu barədə Axios nəşri ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ administrasiyasındakı yüksək vəzifəli rəsmilər sazişin yaxın günlərdə imzalana biləcəyinə ümid edirlər. Bununla belə, tərəflər etiraf edirlər ki, sənəd hələ tam yekunlaşdırılmayıb və proses istənilən mərhələdə pozula bilər.

Rəsmi şəxslərdən biri bildirib ki, danışıqlarda irəliləyiş əldə olunsa da, razılaşmanın pozulmasına səbəb ola biləcək bir sıra risklər qalmaqdadır. Onun sözlərinə görə, hazırkı mərhələ müsbət qiymətləndirilsə də, “sazişin altını qazacaq mexanizmlər” hələ tam aradan qaldırılmayıb.

Donald Tramp administrasiyasının İran ilə aparılan danışıqlarda əsas məqsədinin nüvə proqramı üzrə razılaşmanın əldə olunması olduğu bildirilir. Lakin ABŞ rəsmiləri yekun sənəd imzalanmadan əvvəl bütün texniki və siyasi məsələlərin tam razılaşdırılmasının vacibliyini vurğulayırlar.

Mənbələr qeyd edir ki, tərəflər arasında əsas fikir ayrılıqları hələ tam həll olunmadığından, sazişin imzalanma prosesi qeyri-müəyyənliklə müşayiət olunur.

Poliqon.info

Избранный
77
poliqon.info

1Источники