RU

Macarıstanın yeni baş naziri maaşını iki dəfədən çox azaltmağı planlaşdırır

Peter Macar dövlət xərclərinin azaldılması üçün məmurların gəlirlərinin kəsilməsini gündəmə gətirib...

Poliqon xəbər verir ki, Macarıstanda apreldə keçirilən seçkilərdə qələbə qazandıqdan sonra yeni baş nazir Peter Macar dövlət xərclərinin radikal şəkildə azaldılmasına yönəlmiş tədbirlər paketi hazırlayıb. Bildirilir ki, hökumət başçısı yalnız yüksək vəzifəli məmurların deyil, öz maaşının da ciddi şəkildə azaldılmasını planlaşdırır.

Bild nəşrinin məlumatına görə, Peter Macar baş nazir maaşı və deputat təminatı olmaqla aylıq ümumilikdə 3,8 milyon forint (təxminən 10,5 min avro) gəlir əldə etməyi nəzərdə tutur. Bu məbləğ Macarıstanın sabiq baş naziri Viktor Orban tərəfindən son bəyan edilmiş aylıq gəlirin yarısından da az hesab olunur.

Məlumata əsasən, hökumət planı yalnız baş nazirin maaşı ilə məhdudlaşmır. Nazirlər, dövlət katibləri, deputatlar, merlər və dövlət şirkətlərinin yüksək vəzifəli rəhbərləri də maaşlarının əhəmiyyətli dərəcədə azaldılmasına hazırlaşmalıdır.

Bundan başqa, parlament üzvlərinə ödənilən kompensasiya xərclərinin də azaldılması nəzərdə tutulur. İndiyədək deputatlar nəqliyyat, yaşayış və işçi heyəti üçün aylıq 7 milyon forintə (təxminən 19,5 min avro) qədər kompensasiya ala bilirdilər. Peter Macarın planına əsasən, bu limit 5 milyon forintdən (təxminən 14 min avro) aşağı salınacaq. Baş nazir deputatları ayrılan vəsaiti tam həcmdə istifadə etməməyə də çağırıb.

Qiymətləndirmələrə görə, bu addımlar nəticəsində Macarıstan parlamenti təxminən 50 milyard forint (139 milyon avro) qənaət edə bilər.

Məlumatda vurğulanır ki, hazırda Macarıstanda orta aylıq əməkhaqqı təxminən 640 min forint (1 630 avro) təşkil edir. Bu göstərici fonunda ölkənin baş naziri indiyədək Avropada əhalinin orta gəliri ilə müqayisədə ən yüksək maaş alan hökumət rəhbərlərindən biri hesab olunurdu.

Poliqon.info

Избранный
45
poliqon.info

1Источники