RU

"Real Madrid"də Mourinyo inqilabı: 10-a yaxın futbolçu transfer siyahısında

"Real Madrid" futbol klubuna baş məşqçi təyin olunmağa yaxın olan Joze Mourinyo "kral klubu"nun müasir tarixindəki ən irimiqyaslı heyət islahatlarından birini hazırlayır.

Ölkə.az "Marca" nəşrinə istinadən xəbər verir ki, rəhbərlik komandanı portuqaliyalı mütəxəssisin taktiki konsepsiyasına uyğun yenidən qurmaq məqsədilə 10-a qədər futbolçunu sata bilər.

Əsas diqqət nüfuza və ya keçmiş nailiyyətlərə deyil, nizam-intizama və psixoloji dözümlülüyə yetiriləcək. Mənbənin məlumatına görə, Mourinyonun gəlişi ilə heyətin yenidən qurulması zamanı komandanı tərk edə biləcəklər arasında Vinisius Junior kimi tanınmış futbolçular da var.

Vinisiusla yanaşı, "Real"dakı gələcəyi sual altında olan futbolçular arasında Eduardu Kamavinqa, Daniel Sebalyos, Ferlan Mendi, Andrey Lunin və Qonsalo Qarsiyanın adları çəkilir. Portuqaliyalı mütəxəssis, həmçinin Federiko Valverde və Orelyen Tçuameninin də gələcəyi ilə bağlı qərar qəbul edə bilər.

Bu dəyişikliklər onu göstərir ki, Mourinyo daha güclü müdafiə intizamına və taktiki etibarlılığa malik futbolçulara üstünlük verəcək.(oxu.az)

Избранный
2
3
olke.az

10Источники