Şəki rayonunun Baş Zəyzid kəndində baş verən güclü sel daşqını ciddi fəsadlar törədib.
Oxu.Az-ın məlumatına görə, dağlıq ərazidən gələn güclü sel suları kənd ərazisindən keçərək iki körpünü dağıdıb.
Kənd sakinlərinin sözlərinə görə, dağılan iki körpü əhalinin gediş-gəlişi üçün mühüm əhəmiyyət daşıyır.
"Cebheinfo.az"