RU

“Həmişə istəmişəm qızıl medalım olsun, atama həsr edim” Şəhid qızından təsirli çıxış

Qafqazinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Xəbər verdiyimiz kimi, Azərbaycanın qadın karateçisi Mədinə Sadıqova Almaniyanın Frankfurt şəhərində keçirilən böyüklər arasında Avropa çempionatında qızıl medal qazanıb.

“Qafqazinfo” xəbər verir ki, 55 kiloqram çəki dərəcəsində çıxış edən idmançı bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Azərbaycanın karate tarixində böyüklər arasında Avropa çempionu olan ilk azərbaycanlı qadın karateçi kimi tarixə düşən Mədinə həm də şəhid qızıdır.

O, Birinci Qarabağ Müharibəsi şəhidi, kapitan Vasif Sadıqovun qızıdır:

“Mənim heç qızıl medalım yox idi. Həmişə istəmişəm ki, qızıl medalım olsun və onu atama həsr edib. Çünki o da bu bayraq altında şəhid olub. Mən də həmin bayrağı, himni Avropada tanıdıram”.

Daha ətraflı videoda:

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
34
7
qafqazinfo.az

8Источники