RU

Netanyahu Trampa təşəkkür edib

İsrail Baş naziri İranın nüvə proqramı, Hörmüz boğazı və təhlükəsizlik məsələlərini ABŞ Prezidenti ilə müzakirə etdiyini bildirib...

Poliqon xəbər verir ki, Benyamin Netanyahu ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı apardığını açıqlayıb. Netanyahu bildirib ki, tərəflər Hörmüz boğazının açılması ilə bağlı qarşılıqlı anlaşma memorandumu və İranın nüvə proqramına dair yekun saziş üzrə qarşıdakı danışıqları müzakirə ediblər.

İsrail hökumət başçısı qeyd edib ki, söhbət zamanı Trampa İsrailin təhlükəsizliyinə göstərdiyi “sarsılmaz sadiqliyə” görə dərin minnətdarlığını ifadə edib. Netanyahu xüsusilə ABŞ və İsrail qüvvələrinin İran təhdidinə qarşı “çiyin-çiyinə” fəaliyyət göstərdiyini vurğulayaraq, “Roaring Lion” (“Nərildəyən şir”) və “Epic Fury” (“Epik qəzəb”) əməliyyatlarını xatırladıb.

Netanyahunun sözlərinə görə, o və Donald Tramp İranla bağlanacaq hər hansı yekun razılaşmanın nüvə təhlükəsini tam aradan qaldırmalı olduğu qənaətində razılığa gəliblər. Bu isə İran ərazisində nüvə materiallarının zənginləşdirilməsi obyektlərinin ləğvini və zənginləşdirilmiş nüvə materialının ölkədən çıxarılmasını nəzərdə tutur.

İsrail Baş naziri əlavə edib ki, Tramp İsrailin bütün istiqamətlərdən gələn təhdidlərə, o cümlədən Livan istiqamətindən yaranan risklərə qarşı özünümüdafiə hüququnu bir daha təsdiqləyib. Netanyahu iki ölkə arasındakı tərəfdaşlığın döyüş meydanında sübut olunduğunu və heç vaxt indiki qədər güclü olmadığını bildirib.

“İran nüvə silahına sahib olmayacaq”, deyə Netanyahu vurğulayıb və əlavə edib ki, bu məsələdə onun siyasəti Donald Trampın mövqeyi ilə dəyişməz olaraq üst-üstə düşür.

Poliqon.info

Избранный
42
poliqon.info

1Источники