"Aston Villa"nın qapıçısı Emiliano Martinez Avropa Liqasının "Frayburq"a qarşı final matçında (3:0) zədəli halda çıxış edib.
QOL.az xəbər verir ki, "TyC Sport" nəşrinin məlumatına görə, argentinalı qolkiper oyundan əvvəl isinmə hərəkətləri zamanı sağ əlinin barmağını sındırıb.
Müayinələr nəticəsində futbolçunun üzük barmağında kiçik qırıq aşkar edilsə də, Şimali Amerikada keçiriləcək dünya çempionatı ərəfəsində cərrahi müdaxiləyə ehtiyac duyulmayıb və onun təxminən 20 gün ərzində bərpa olunacağı bildirilib.
Qapıçının Argentina yığmasının dünya çempionatı ərəfəsində 6 iyunda Texasda Honduras, üç gün sonra isə Alabamada İslandiya ilə keçirəcəyi yoldaşlıq görüşlərini buraxacağı gözlənilir. Baş məşqçi Lionel Skaloni və tibbi heyət 33 yaşlı oyunçunun 17 iyunda Kanzas Sitidəki "Errouhed" stadionunda Əlcəzairə qarşı keçiriləcək turnirin açılış matçına qədər tam sağalmasına ümid edir.