RU

Dəri sağlamlığı üçün nə yemək lazımdır? Vitamin və kollagenlə zəngin məhsullar

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Dərinin gənc qalması üçün düzgün qulluq vacib olsa da, qidalanma da qırışlar və elastikliyin azalması ilə mübarizədə mühüm rol oynayır. Diyetoloq və dermatoloqlar antioksidantlar, vitaminlər və faydalı yağlarla zəngin olan, dərinin sağlamlığını qorumağa kömək edən məhsulların siyahısını açıqlayıblar. Demokrat.az xəbər verir ki, bu barədə “Prevention” nəşri yazır.Mütəxəssislərin sözlərinə görə, dərinin gəncliyini qoruyan əsas elementlərdən biri kollagendir. Bu zülal dərinin elastikliyi və möhkəmliyinə cavabdehdir. Bəzi məhsullar isə orqanizmdə kollagen sintezini təbii şəkildə stimullaşdıra bilir.Dermatoloq Debra Caliman bildirib ki, xüsusilə C vitamini, biotin, omeqa-3 yağ turşuları və ellag turşusu böyük əhəmiyyət daşıyır. Bu maddələr dərinin teksturasını yaxşılaşdırır, xırda qırışları azaldır və üz dərisinin sağlam görünüşünü qorumağa kömək edir.Ekspertlərin ən faydalı anti-age məhsullar siyahısına aşağıdakılar daxil edilib:*avokado

*yumurta

*nar

*göyəm

*yaşıl çay

*qızılbalıq

*sardina

*istridyə

*tünd şokoladAvokado dərini qidalandıran və elastikliyini artıran faydalı yağlarla zəngindir. Yumurta isə kollagen istehsalı üçün vacib olan zülal və biotin mənbəyidir. Nar və göyəmti antioksidantlarla zəngin olduğu üçün dərini zədələnmədən və erkən qocalmadan qoruyur.Mütəxəssislər yağlı balıqlara da xüsusi diqqət yetiriblər. Qızılbalıq və sardina tərkibindəki omeqa-3 yağ turşuları sayəsində dərinin nəmlənməsini qoruyur və iltihabi prosesləri azaldır.Bundan əlavə, diyetoloqlar daha çox yarpaqlı göyərti, brokkoli, pomidor, şirin bibər, kök, balqabaq və şirin kartof istehlak etməyi tövsiyə ediblər. Bu məhsullar C vitamini və beta-karotinlə zəngindir, dərini ətraf mühitin mənfi təsirlərindən qorumağa kömək edir.Dəri üçün faydalı məhsullar siyahısına həmçinin kətan toxumu və qoz da daxil edilib. Onların tərkibində sərbəst radikallarla mübarizə aparan antioksidantlar və faydalı yağlar var. Sərbəst radikallar isə dərinin qocalmasının əsas səbəblərindən biri hesab olunur.Mütəxəssislərin fikrincə, bu məhsulların gündəlik rasiona daxil edilməsi dərinin vəziyyətini yaxşılaşdırır, onun elastikliyini qoruyur və daha təravətli görünüş yaradır.Jalə

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
21
demokrat.az

1Источники