RU

"Aşağı liqaya düşmək problem deyil"

style='margin-bottom:10px;'>

"Tottenhem"in baş məşqçisi Roberto De Zerbi komanda aşağı liqaya düşsə belə klubu tərk etməyəcəyini açıqlayıb.

QOL.az xəbər verir ki, "Reuters" agentliyinin məlumatına görə, italiyalı mütəxəssis Premyer Liqada elitada qalmaq uğrunda mübarizə aparan London klubuna sadiqliyini bir daha vurğulayıb:

"İstənilən halda "Tottenhem"in baş məşqçisi olmaq hələ də böyük şərəfdir. Aşağı liqaya düşmək problem deyil. Mən futbolu turnir cədvəlindən daha üstün bir şey hesab edirəm. Biz hamı üçün çox vacib olan bir şey uğrunda mübarizə aparırıq. Bu, futboldur və bizim kifayət qədər keyfiyyətimiz var. Təzyiqlə bacarmaq üçün içindəki cəsarəti tapmalı, vəziyyəti dərk etməli və əlindən gələnin ən yaxşısını etmək üçün özünü məcbur etməlisən".

Xatırladaq ki, hazırda "Tottenhem" düşmə zonasında qərarlaşan "Vest Hem"i iki xal qabaqlayır. "Everton"la ev oyununda qeydə alınacaq heç-heçə müsbət top fərqinə görə London təmsilçisinin elitada qalmasını böyük ölçüdə təmin edəcək. Lakin komanda məğlub olarsa və "Vest Hem" "Lids"ə qalib gələrsə, "Tottenhem" 1977-ci ildən bəri ilk dəfə yüksək liqanı tərk edə bilər. 

Qeyd edək ki, "Tottenhem" və "Everton" qarşılaşması bu gün Bakı vaxtı ilə saat 19:00-da baş tutacaq.

Избранный
15
1
teleqraf.com

2Источники