RU

Bu ölkə ordusunu “Azərbaycan modeli” əsasında QURUR

Özbəkistan ordusunu “Azərbaycan modeli” ilə modernləşdirir.

Turkustan.az xəbər verir ki, Türkiyənin milli müdafiə naziri Yaşar Güler Özbəkistana Azərbaycanla əməkdaşlıq modelinə uyğun məsləhətçi heyətin göndərildiyini açıqlayıb.

Nazirin sözlərinə görə, Türkiyənin səmimi şəkildə dəstək verdiyi qardaş və dost ölkələr türk ordusuna bənzər silahlı qüvvələr strukturu yaratmaq istəyirlər.

“Bizi dərin tarixi və mədəni bağların birləşdirdiyi dost və qardaş ölkə Özbəkistanla davam edən hərbi əməkdaşlıq çərçivəsində, general-mayorumuzun rəhbərliyi altında məsləhətçi heyət Azərbaycanda olduğu kimi Özbəkistana da göndərilib”, – deyə Yaşar Gülər bildirib./Musavat.com/

Избранный
49
5
turkustan.az

6Источники