RU

Artist pəncərəsinin qarşısında saksafon çalan 11 yaşlı oğlanı güllələdi

Bizim media saytından alınan məlumata görə, ain.az bildirir.

Sankt-Peterburqda Mariinski Teatrının artisti pəncərəsinin qarşısında saksafon çaldığı üçün 11 yaşlı uşağa atəş açıb.Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın “Fontanka” nəşri məlumat yayıb.Hadisə şəhərin Minsk döngəsi, ev 1 ünvanının yaxınlığında qeydə alınıb. Qonşu binada yaşayan teatr artisti gənc musiqiçinin ifasından narahat olaraq pəncərədən ona atəş açıb. Hadisədə istifadə olunan silahın pnevmatik tapança olduğu müəyyən edilib.

 

“Fontanka”nın məlumatına görə, azyaşlı uşaq dərhal xəstəxanaya çatdırılıb. Həkimlər onun yanaq nahiyəsində yara və çənə nahiyəsində yad cisim aşkar ediblər. Cərrahi müdaxilə nəticəsində güllə uşağın bədənindən çıxarılıb.

Hadisəni törədən artist polis tərəfindən saxlanılıb və barəsində xuliqanlıq maddəsi ilə cinayət işi açılıb. Məlum olub ki, saxlanılan 38 yaşlı şəxs əslən Qazaxıstandandır və Mariinski Teatrının mimans (kütləvi səhnə aktyorları) truppasında çalışır.Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
1
1
bizim.media

10Источники