RU

İƏT-ə üzv 15 ölkə Somalinin separatçı bölgəsinin İsraildə səfirlik açmaq niyyətini pisləyib

Səudiyyə Ərəbistanı, Misir, Qətər, İordaniya, Türkiyə, Pakistan, İndoneziya, Cibuti, Somali, Fələstin, Oman Sultanlığı, Sudan, Yəmən, Livan və Mavritaniyanın xarici işlər nazirləri Somalinin separatçı regionu olan “Somaliland”in Qüds şəhərində “səfirlik” açması ilə bağlı addımını ən sərt şəkildə pisləyiblər.

“İki sahil” xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin yaydığı birgə bəyanatda bildirilib.

Qeyd olunub ki, sözügedən addım beynəlxalq hüququn və BMT-nin müvafiq qətnamələrinin kobud şəkildə pozulmasıdır.

Adıçəkilən ölkələrin xarici işlər nazirləri Somali Federativ Respublikasının ərazi toxunulmazlığı, suverenliyi və torpaq bütövlüyünə tam dəstəklərini ifadə ediblər, buna xələl gətirən istənilən birtərəfli addımları rədd etdiklərini bəyan ediblər.

Избранный
2
4
ikisahil.az

5Источники