RU

21-ci əsrdə bunu yalnız Messi ilə Ronaldu bacarmışdı - Rekord

İngiltərə millisinin və "Bayern Münhen"in forvardı Harri Keyn 21-ci əsrdə yalnız Lionel Messi ilə Kriştianu Ronaldunun nail olduğu bir uğura imza atıb.

Fanat.Az "Opta"-ya istinadən xəbər verir ki, o, buna Avropanın ən nüfuzlu ilk beş ölkəsində ("böyük beşlik") bir klub üçün bir mövsümdə 60-dan çox qol vuran üçüncü oyunçu olub.

"Bayern"in hücumçusu bu mövsüm 61 qol vurub. O, son olaraq ötən axşam Keyn Almaniya Kubokunun finalında "Ştutqart"la (3:0) görüşdə het-trik edib. 

Lionel Messi bu göstəriciyə 2011/12 mövsümündə "Barselona"nın heyətində (73 qol) və Kriştianu Ronaldu isə 2014/15 mövsümündə "Real Madrid"in heyətində (61 qol) nail olmuşdu.

Mirağa

Избранный
13
2
fanat.az

3Источники