RU

ABŞ və İran arasında memorandum layihəsinin detalları məlum olub

ain.az, Azpost saytına istinadən bildirir.

ABŞ və İran arasında memorandum layihəsinin detalları məlum olub.

Bu barədə “Axios” məlumat yayıb.

Layihə 60 günlük atəşkəs və dəniz blokadasının yumşaldılmasını nəzərdə tutur. Memorandum layihəsinə əsasən, atəşkəs 60 gün müddətinə uzadılacaq, ABŞ İran limanlarına tətbiq olunan blokadanı aradan qaldıracaq və sanksiyaları yumşaldacaq, Hörmüz boğazı gəmiçilik üçün açılacaq, İran neft ticarətini sərbəst şəkildə həyata keçirə biləcək. Eyni zamanda İran Hörmüz boğazını minalardan təmizləməyə başlayacaq, ABŞ isə yekun razılaşma əldə olunana qədər İran ətrafında hərbi mövcudluğunu saxlayacaq. Memorandum ABŞ və İran arasında Tehranın nüvə proqramı üzrə danışıqları davam etdirməsini də nəzərdə tutur.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
22
5
azpost.info

7Источники