RU

​Türkiyədə bir ildə 20 fabrik bağlandı

Türkiyənin yüngül sənaye sektorunda geriləmə müşahidə olunur. Son bir neçə ildə ölkədə çoxlu sayda tikiş fabriki fəaliyyətini dayandırıb. Metbuat.az-ın məlumatına görə, bu barədə Diyarbakırda fəaliyyət göstərən iş adamı Sezai Ayas açıqlama verib.

O, narahatlıq üçün ciddi əsas olduğunu deyib. Ayas son bir ildə təkcə Diyarbakır bölgəsində 20 tikiş fabrikinin bağlandığını bildirib. İş adamı fabriklərin bağlanmasını verginin artması və xammalın bahalaşması ilə əlaqələndirib. Sezai Ayas hökuməti regionlarda fəaliyyət göstərən iş adamlarına maddi dəstək verməyə, onların yükünü azaltmağa çağırıb.

Избранный
30
50
metbuat.az

10Источники