RU

Güləşçimiz Avropa çempionu oldu

Azərbaycanın sərbəst güləşçisi Yusif Abdullayev Bolqarıstanın Samokov şəhərində keçirilən U15 Avropa çempionatında qızıl medal qazanıb.
 
Moderator.az xəbər verir ki, 38 kq çəki dərəcəsində çıxış edən idmançımız finalda Gürcüstan təmsilçisi Rezi Yobidze ilə qarşılaşıb.
 
Abdullayev həlledici görüşdə rəqibinə 10:0 hesabı ilə tam üstünlüklə qalib gələrək Avropa çempionu adını qazanıb.
 
Qeyd edək ki, Yusif finala gedən yolda da inamlı çıxış edib. O, ukraynalı İvan Vasilkovu 10:0, Ermənistan təmsilçisi Norayr Gevorqyanı 11:0, belçikalı Məhəmməd Bisultanovu isə 13:1 hesabı ilə məğlub edib.
Избранный
2
10
moderator.az

10Источники