RU

Kiyevin vurulmasına Dövlət Dumasından reaksiya: "Ukraynanı xəritədən silə bilərik!"

"Rusiyanın sülhsevərliyini zəiflik kimi görmək təhlükəlidir".

Publika.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Aleksey Tolstoy özünün "Telegram" kanalında yazıb. O, gecə Ukrayna paytaxtına olan dəhşətli hücumları şərh edərkən qeyd edib ki, Rusiya Silahlı Qüvvələrinin "Ukraynanı dünya xəritəsindən silmək üçün geniş imkanları var".

"Kiyevdə və hətta ondan daha da uzaqda olan bəziləri Rusiyanın Ukraynanı xəritədən silmək üçün geniş imkanlara malik böyük bir hərbi güc olduğunu unudublar. Əgər belə hadisə baş vermiyibsə, bu, bəzilərinin düşündüyü kimi zəiflikdən qaynaqlanmır. Sülhsevərliyi zəiflik kimi görmək təhlükəlidir!",- Tolstoy yazıb.

Xatırladaq ki, Rusiya Ukraynaya raket və PUA-larla genişmiqyaslı hücumlar edib. Rəsmi Kiyev ballistik raketlər, o cümlədən məşhur "Oreşnik"lərdən də istifadə olunduğunu bəyan edib.

Избранный
4
9
publika.az

10Источники