RU

ABŞ və İran arasında “İslamabad bəyannaməsi” imzalanacaq

BAKI, 24 may. TELEQRAF

Vaşinqton və Tehran arasında münaqişənin nizamlanması məqsədilə aparılan gizli danışıqlarda mühüm irəliləyiş əldə olunub və növbəti görüşün tarixi müəyyənləşib.

Teleqraf xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı diplomatik mənbələrinə istinadən məlumat yayıb.

Mənbələrin verdiyi məlumata görə, ABŞ və İran arasında keçiriləcək növbəti danışıqlar raundunun cari ilin iyunun 5-də baş tutacağı gözlənilir. Tərəflər arasında münaqişənin həlli ilə bağlı əldə olunmuş ilkin razılaşma faktiki olaraq qarşılıqlı anlaşma memorandumundan ibarətdir. Bu sənəd imzalandıqdan dərhal sonra isə yekun məsələlərin həlli üçün əsas rəsmi danışıqlara start veriləcək.

Bildirilir ki, ABŞ və İran arasında imzalanması gözlənilən potensial ilkin razılaşma sənədi rəsmən "İslamabad bəyannaməsi" adlandırılacaq.

Məhdud dairələrdən sızan məlumatlara görə, bu çətin danışıqlar prosesində əsas vasitəçi rolunu oynayan Pakistan tərəfi yaxın günlərdə əsas tərəflərin — yəni ABŞ və İran rəsmilərinin birbaşa iştirakı olmadan da memorandumu rəsmən elan edə bilər. Vaşinqton və Tehran isə yalnız yekun və yekunlaşdırıcı saziş üzrə rəsmi müzakirələr başlayan zaman öz nümayəndə heyətlərinin rəhbərlərini danışıqlar masasına göndərəcəklər.

Избранный
56
5
teleqraf.com

6Источники