RU

İsrail Qəzzada HƏMAS-ın silah anbarlarını məhv edib

İsrail Müdafiə Qüvvələri (İMQ) Qəzza zolağının mərkəzində HƏMAS qruplaşmasının silah anbarlarını məhv edib.

Azreform.info xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"Son sutka ərzində İsrail Müdafiə Qüvvələri zərbələr endirərək Qəzza zolağının mərkəzi hissəsində HƏMAS-ın üç silah anbarını məhv edib. Bu obyektlərdə aşkar edilmiş və zərərsizləşdirilmiş silahlar arasında tank əleyhinə raketlər, uzaqmənzilli silahlar, RPG, zirehli gödəkçələr və digər döyüş ləvazimatları olub. Bundan əlavə, bu həftənin əvvəlində İMQ Qəzzanın mərkəzində HƏMAS-ın daha bir silah anbarını məhv edib. Obyektdə partlayıcı maddələr, RPG, əl qumbaraları və silah daraqları aşkar edilib", - bəyanatda deyilir.

İMQ əlavə edib ki, zərbələrdən sonra obyektlərdə partlayışlar qeydə alınıb.(Report)

Избранный
27
12
azreform.info

10Источники