RU

AL: “Qarabağ”ın potensial rəqibləri bəlli oldu

"Qarabağ"ın UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.

Apasport.az xəbər verir ki, oyunları iyulun 9-da və 16-da keçiriləcək mərhələdə ümumilikdə 12 komanda mübarizə aparacaq.

Bu komandalar püşkatmada reytinqinə əsasən iki səbətə bölünəcək. “Qarabağ”, həmçinin “Ferentsvaroş” (Macarıstan), “Dinamo” (Kiyev, Ukrayna), “Hayduk” (Xorvatiya), MOİK (Bolqarıstan) və “Şerif” (Moldova) səpələnmişlər sırasında olacaq.

Ağdam təmsilçisinin mümkün rəqiblərinin qərarlaşdığı səpələnməmiş səbətində isə aşağıdakı komandalardır: “Jilina” (Slovakiya), “Voyvodina” (Serbiya), “Universtatya” (Kluj, Rumıniya), “Aluminiy” (Sloveniya), “Derri Siti” (İrlandiya), “Vestri” (İslandiya).

Qeyd edək ki, I təsnifat mərhələsinin püşkü iyunun 16-da atılacaq. Ertəsi gün II təsnifat mərhələsinin püşkatması olacaq.

U-21 Türkiyədə 2 yoldaşlıq oyunu keçirəcək

Felipe Santos milliyə dəvət aldı

ÇL: Final matçının hakimləri BƏLLİ OLDU

Millimiz yenə məğlub oldu

AL: Finalçılar bəlli oldu - YENİLƏNİB

Избранный
4
16
apasport.az

10Источники