RU

Tusk Polşa hökumətinin təcili iclasını çağırdı

Olke.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Polşa Baş naziri Donald Tusk bu günə hökumət kabinetinin təcili iclasını çağırıb.

"Ölkə.az" xəbər verir ki, buna səbəb Polşa Prezidenti Karol Navrotskinin Qdanskdakı ailə mənzilində yanğın baş verməsinə dair yanğınsöndürmə idarəsinə təkrar yalan məlumat verilməsidir

Kabinetin iclasını çağırmaq qərarını baş nazir X hesabında açıqlayıb: "Daha bir telefon təxribatı! Bu dəfə yanğınsöndürmə idarəsinə Prezident Navrotskinin ailəsinin Qdanskdakı mənzilində yanğın baş verdiyi barədə məlumat daxil olub. Mən nazirlər və təhlükəsizlik xidmətləri ilə daim əlaqə saxlayıram və prezidentə həmrəylik sözlərini çatdırmışam. Sabah səhər üçün hökumət iclası çağırmışam".

Tusk vurğulayıb ki, "təxribatçıların hərəkətləri" dövlət təhlükəsizliyinə qarşı yönəlib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
5
4
olke.az

5Источники