RU

Nobel mükafatçısı prezidentliyə namizəd olacaq

Axar.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Mən prezidentliyə namizədliyimi irəli sürəcəyəm.

Axar.az xəbər verir ki, bunu Venesuelanın müxalifət lideri, Nobel Sülh Mükafatı laureatı Mariya Korina Maçado deyib.

“ABŞ hökumətinə etibar edirik və əldə etdikləri irəliləyişlərə görə ABŞ Prezidenti Donald Trampa və dövlət katibi Rubioya təşəkkür edirik.

Bizim bir məqsədimiz var: ölkəmizi azad etmək. Bütün venesuelalıların iştirak edə biləcəyi azad və ədalətli prezident seçkiləri vasitəsilə demokratiyaya keçid. Mən namizəd olacağam”, - o bildirib.

Qeyd edək ki, Maçado Maduronun hakimiyyəti dövründə namizədliyini irəli sürmək hüququndan məhrum edilib və o, 2024-cü il prezident seçkilərində Edmundo Qonsales Urrutiyanın kampaniyasına rəhbərlik edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
36
2
axar.az

3Источники