"Barselona"nın (İspaniya) hücumçusu Robert Levandovski klub tarixinin 10 ən yaxşı bombardiri sırasına daxil olub.
"Ölkə.az" xəbər verir ki, 37 yaşlı futbolçu bunu La Liqanın son turunda "Valensiya" (1:3) ilə görüşdə reallaşdırıb.
Levandovski qarşılaşmanın 61-ci dəqiqəsində fərqlənib. Bu qol təcrübəli oyunçunun "Barselona" forması ilə bütün turnirlərdə vurduğu 120-ci qol olub. Hücumçu bu nəticəni cəmi 193 oyuna gerçəkləşdirib.
Qeyd edək ki, R.Levandovski 2022-ci ilin yayından "Barselona"da çıxış edir.