RU

“Sabah” Çempionlar Liqasının təsnifatında bütün mümkün rəqiblərini tanıyıb

Idman.biz portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Sabah” futbol klubu 2026/27 mövsümünün Çempionlar Liqasının birinci təsnifat mərhələsində bütün mümkün rəqiblərini tanıyıb.

İdman.Biz xəbər verir ki, Azərbaycan çempionu turnirin start mərhələsinin püşkatması zamanı səpələnməmiş komandalar sırasında yer alacaq.

Bakı klubunun son potensial rəqibi Uelsin “Nyu-Seynts” komandası olub.

Hazırkı səpələnmə bölgüsünə əsasən, Bakı klubunun potensial rəqibləri 14 səpələnmiş komandadır: İrlandiyanın “Şemrok Rovers”, Finlandiyanın KuPS, Kosovonun “Drita”, Cəbəllütariqin “Linkoln Red İmps”, Bosniya və Herseqovinanın “Borats”, İslandiyanın “Vikinqur”, Qazaxıstanın “Kayrat”, Rumıniyanın “Universitatya Krayova”, Latviyanın RFŞ “Riqa”, Farer adalarının Kİ “Klaksvik”, Estoniyanın “Flora”, Şimali İrlandiyanın “Larn”, Moldovanın “Petrokub” və Uelsin “Nyu-Seynts” komandalarıdır.

Qeyd edək ki, püşkatmadan əvvəl UEFA birinci təsnifat mərhələsinin klublarını bir neçə qrupa bölə bilər. Bu səbəbdən “Sabah”ın faktiki mümkün rəqiblərinin siyahısı daha dar olacaq.

Çempionlar Liqasının birinci təsnifat mərhələsinin püşkatması 16 iyunda keçiriləcək. İlk oyunlar 7-8 iyulda, cavab görüşləri isə 14-15 iyulda baş tutacaq.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
71
5
icma.az

10Источники