RU

TƏCİLİ: ABŞ-İran sülh memorandumunun şərtləri açıqlandı - DETALLAR



ABŞ və İran arasında ikitərəfli sülh memorandumunun layihəsi açıqlanıb.

aia.az xəbər verir ki, onu Axios yayıb.

Layihədə atəşkəsin 60 gün uzadılması təklif olunur.

Razılaşma layihəsinə əsasən, ABŞ İran limanlarının blokadasını ləğv edəcək və İrana qarşı sanksiyaları yumşaldacaq.

Atəşkəs müddətində Hörmüz boğazı gəmiçilik üçün açıq olacaq və İran sərbəst şəkildə neft ticarəti edə biləcək.

Razılaşma layihəsində İranın Hörmüz boğazını minalardan təmizləməyə başlaması nəzərdə tutulur.

ABŞ tam razılaşma bağlanana qədər İran ətrafında hərbi mövcudluğunu saxlayacaq.

Atəşkəs müddətində İran və ABŞ Tehranın nüvə proqramı ilə bağlı danışıqları davam etdirəcəklər.



Избранный
10
1
aia.az

10Источники