BAKI, 24 may. TELEQRAF
"İranın heç bir halda nüvə silahına sahib olmasına icazə verilməyəcək".
Teleqraf xəbər verir ki, bunu ABŞ- nin Dövlət katibi Marko Rubio Hindistanın paytaxtı Nyu-Dehlidə jurnalistlərə açıqlamasında bildirib.
Vaşinqton və Tehran arasında mümkün nüvə sazişi barədə danışan Dövlət katibi ABŞ-nin bu məsələdəki qəti mövqeyini bir daha xatırladıb.
M.Rubio hazırda bu istiqamətdə danışıqların davam etdiyini diqqətə çatdırıb. O qeyd edib ki, yekun razılığın əldə olunması üçün rəsmi Tehranın qoyulan şərtləri qəbul eara tam əməl etməsi şərtdir.