RU

8 simvollu parolların hamısı bir günə sındırıla bilər Xəbərdarlıq

Yeniavaz portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bu gün istifadə olunan texnologiyalar sayəsində 8 simvollu parolların demək olar ki, hamısı bir gün ərzində sındırıla bilir.

Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat “Kaspersky Lab” tərəfindən aparılan araşdırmada yer alıb.

Mütəxəssislər bildirirlər ki, 10 simvollu parollar da ciddi təhlükəsizlik təmin etmir və onların təxminən 90 faizi 24 saat ərzində açılır.

Araşdırmada qeyd olunur ki, güclənən texnologiyalar və inkişaf etmiş alqoritmlər hakerlərə parolları daha sürətli təxmin etməyə imkan verir. Xüsusilə yeni nəsil videokartlar, o cümlədən RTX 5090, əvvəlki modellərlə müqayisədə daha sürətli işləyərək parol sındırma prosesini asanlaşdırır.

Ekspertlər hesab edir ki, əsas problem yalnız parolun uzunluğu deyil, insanların sadə və təxmin edilə bilən kombinasiyalara üstünlük verməsidir. İstifadəçilər tez-tez doğum illəri, adlar və məşhur ardıcıllıqlardan istifadə edir. Bundan əlavə, xüsusi simvollar əlavə edilsə belə, müəyyən nümunələr təkrarlanır. Məsələn, xüsusi işarəli parolların hər onundan birində “@” simvoluna rast gəlinir.

Mütəxəssislər təhlükəsizliyi artırmaq üçün ən azı 12–16 simvoldan ibarət parollardan istifadə etməyi tövsiyə edir. Parollarda böyük və kiçik hərflər, rəqəmlər və xüsusi işarələrin birlikdə işlədilməsi məsləhət görülür. Həmçinin parol menecerlərindən istifadə və iki mərhələli doğrulamanın (2FA) aktivləşdirilməsi vacib hesab olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
5
1
yeniavaz.com

2Источники