RU

İsrail qüvvələri Qəzzada HƏMAS ın dörd silah anbarını məhv edib

ain.az bildirir, Cebheinfo portalına istinadən.

İsrail Müdafiə Qüvvələri (İMQ) Qəzza zolağının mərkəzində HƏMAS qruplaşmasının silah anbarlarını məhv edib.

"Report" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"Son sutka ərzində İsrail Müdafiə Qüvvələri zərbələr endirərək Qəzza zolağının mərkəzi hissəsində HƏMAS-ın üç silah anbarını məhv edib. Bu obyektlərdə aşkar edilmiş və zərərsizləşdirilmiş silahlar arasında tank əleyhinə raketlər, uzaqmənzilli silahlar, RPG, zirehli gödəkçələr və digər döyüş ləvazimatları olub. Bundan əlavə, bu həftənin əvvəlində İMQ Qəzzanın mərkəzində HƏMAS-ın daha bir silah anbarını məhv edib. Obyektdə partlayıcı maddələr, RPG, əl qumbaraları və silah daraqları aşkar edilib", - bəyanatda deyilir.

İMQ əlavə edib ki, zərbələrdən sonra obyektlərdə partlayışlar qeydə alınıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
60
11
cebheinfo.az

10Источники