RU

Vens 2028 seçkilərində iştirak etməməyi düşünür

ABŞ-nin vitse-prezidenti Cey Di Vens 2028-ci ildə keçiriləcək prezident seçkilərində iştirakdan imtina etməyi nəzərdən keçirir.

"Ölkə.az" xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Vens bu ehtimalı ABŞ Milli Kəşfiyyatının direktoru vəzifəsindən Tulsi Qabbardın istefasından sonra müzakirə etməyə başlayıb. Bildirilir ki, Qabbard Donald Trampın hərbi ambisiyalarını cilovlamağa çalışan Vensin azsaylı müttəfiqlərindən biri idi.

Mənbələrin sözlərinə görə, vitse-prezidentin “yumşaq xarici siyasət” mövqeyi onu Trampla qarşıdurma yoluna çıxarıb. Vensin Ağ Evdə təsir imkanları zəiflədikcə, ABŞ dövlət katibi Marko Rubio Tramp administrasiyasında xarici siyasət üzrə əsas fiqura çevrilib.

“Rubionun Vensdən daha çox nüfuzu var. Prezident ona qulaq asır. Vens artıq ümumi mənzərəyə uyğun gəlmir və bu vəziyyət uzun müddətdir davam edir”, – deyə Ağ Evdəki mənbə bildirib.

Qeyd olunur ki, seçkilərdə iştirakdan imtina Vens üçün taktiki addım ola bilər və son illərdə baş verən hadisələrə görə məsuliyyəti üzərinə götürməməsinə imkan yaradar. Məqalədə həmçinin vurğulanır ki, onun 2032 və 2036-cı illərdə prezident seçkilərində uğur qazanması üçün uzun illər siyasi çəkisini qoruması lazım gələcək.(teleqraf)

Избранный
15
3
olke.az

4Источники