RU

Hamilələrlə bağlı təhlükəli trend - Ginekoloqdan xəbərdarlıq

Süni intellektin həyatın bütün sahələrində getdikcə daha geniş yayıldığı bir dövrdə, bu texnologiya səhiyyə sektoruna da sürətlə daxil olur. Xüsusilə hamiləlik dövründə olan qadınlar bəzən onları narahat edən suallara cavab tapmaq üçün həkim əvəzinə süni intellekt tətbiqetmələrinə müraciət edirlər.

“Yeni Sabah” xəbər verir ki, Qadın Xəstəlikləri və Doğum üzrə mütəxəssis  Çiğdem Şimşek gələcək analara bu barədə ciddi xəbərdarlıq edib və bu inkişafa ehtiyatla yanaşmağın vacibliyini vurğulayır. Onun sözlərinə görə, süni intellekt ilk məsləhət məntəqəsinə çevrilib:

“Hamiləlik dövrü həm həyəcanverici, həm də qeyri-müəyyənliklərlə dolu bir mərhələdir. Gələcək analar “körpənin ürək döyüntüsü nə zaman eşidilir?”, “qəhvə içmək zərərlidirmi?” kimi suallarına tez cavab tapmaq üçün süni intellekt dəstəkli tətbiqlərə müraciət edirlər. Xüsusilə gecə saatlarında və ya tibb müəssisələrinə çatmağın çətin olduğu hallarda, süni intellekt saniyələr içində cavab verdiyi üçün bir növ ilk müraciət edilən məsləhət məntəqəsi kimi qəbul edilir”. Pepperoni pizza

Həkim əlavə olaraq bildirib ki, hər hamiləlik fərqlidir, diaqnozu yalnız həkim qoya bilər:

 “Biz xəstəni yalnız analiz nəticələrinə əsasən deyil, həm də simptomları, xəstəlik tarixçəsi və klinik vəziyyəti ilə birlikdə dəyərləndiririk. Bu proses böyük təcrübə tələb edir. Eyni əlamət fərqli insanlarda tamamilə fərqli məna daşıya bilər. Buna görə də süni intellektdən alınan məlumatlar qəti diaqnoz və ya müalicəni əvəz etməməlidir. Yalnış məlumatlar ciddi risk yarada bilər”.

“Süni intellektin geniş məlumat bazasından qidalansa da, fərdin sağlamlıq tarixçəsini və risk faktorlarını tam şəkildə analiz edə bilməz. Yanlış və ya natamam məlumat əsasında verilən yönləndirmələr ciddi risklər daşıyır. Bu vəziyyət, xüsusilə riskli hamiləliklərdə lazımi tibbi müdaxilənin gecikməsinə səbəb ola bilər”.

Mütəxəssis qeyd edib ki, süni intellekt tamamilə faydasız deyil, sadəcə ondan düzgün məqsədlər üçün istifadə etmək lazımdır:

Ümumi məlumat əldə etmək

Maariflənmə səviyyəsini artırmaq

Həkim qəbuluna getməzdən əvvəl veriləcək sualları hazırlamaq

Dr. Ç.Şimşek son olaraq bildirib ki, süni intellektən şüurlu şəkildə istifadə etmək ana və körpə sağlamlığı baxımından vacibdir:

“Hamilə qadınların bu texnologiyadan şüurlu və balanslı şəkildə istifadə etməsi həm ana, həm də körpənin sağlamlığı baxımından böyük əhəmiyyət daşıyır. Unutmaq olmaz ki, son qərar və müalicə hər zaman yalnız səhiyyə mütəxəssislərinə həvalə olunmalıdır”.

Cəlalə Cəlalqızı 


Telegram kanalımız
Избранный
59
31
yenisabah.az

10Источники