RU

Pentaqon hərbçilərin sayını artırmağı planlaşdırır

ABŞ, ordusundakı hərbçilərin sayını 2027-ci ilə qədər artırmağı planlaşdırır.
 
Moderator.az "Report"a istinadla xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Pit Heqset bildirib.
 
"Gələn il ordunun sayını artırdığımız zaman daha da böyük olacaq", - deyə o bildirib.
 
Pentaqon rəhbəri əlavə edib ki, ABŞ ordusu 2026-cı il üçün nəzərdə tutulan işə qəbul hədəflərinə çatıb və hərbçilərin hazırkı sayı 1,8 milyon nəfərdir.
Избранный
22
6
moderator.az

7Источники