RU

Filippində binanın uçması nəticəsində 40 nəfər dağıntılar altında qalıb » AzadMedia.az


Filippinin Anheles şəhərində tikilməkdə olan onmərtəbəli binanın uçması nəticəsində 40 nəfər dağıntılar altında qalıb.

Bu barədə "GMA News" televiziya kanalı məlumat yayıb.

Yerli hakimiyyət orqanları axtarış-xilasetmə əməliyyatının başlandığını açıqlayıb. Dağıntılar altından təxminən 10 nəfər təkbaşına çıxa bilib.

Şəhər administrasiyasının mətbuat xidmətinin rəhbəri Cey Pelayonun sözlərinə görə, dağıntılar altında təxminən 30-40 tikinti işçisi qalmış ola bilər.

"Hadisə qonşu binaya da təsir edib. 51 yaşlı Malayziya vətəndaşı olan bir turist dağıntılar altında qalıb və xilas edilib", - deyə o əlavə edib.
Избранный
7
7
azadmedia.az

10Источники