RU

Avropa Liqası: “Qarabağ”ın potensial rəqibləri bəlli oldu – II turda kimlər var?

Moldova kubokunun finalında “Şerif”in “Zimbru” üzərində qələbəsindən sonra “Qarabağ”ın UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki son potensial rəqibi də müəyyənləşib.

Ağdam təmsilçisi Slovakiyanın “Jilina” klubu ilə üz-üzə gələ bilər.
Qurban Qurbanovun komandası püşkatmada səpələnmişlər sırasında yer alacaq.

“Qarabağ”ın 1-ci təsnifat mərhələsində mümkün rəqibləri bunlardır:

“Jilina” (Slovakiya), “Voyvodina” (Serbiya), “Universitatya Kluj” (Rumıniya), “Alüminiy” (Sloveniya), “Derri Siti” (İrlandiya), “Vestri” (İslandiya)

UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin püşkü iyunun 16-da keçiriləcək.

Bir gün sonra isə 2-ci təsnifat mərhələsinin püşkatması baş tutacaq.
“Qarabağ” həmin mərhələdə də səpələnmişlər arasında olacaq.

Komandanın mümkün rəqiblərindən artıq 3-ü bəllidir: “Tvente” (Niderland), “Tromse” (Norveç) və “Hammarbü” (İsveç). (Haqqın.az)

Избранный
32
34
idmanxeber.az

10Источники