RU

Rusiya ordusunun Kiyevi raket atəşinə tutması nəticəsində 21 nəfər yaralanıb - Yenilənib 

Rusiya ordusu səhər saatlarına qədər paytaxt Kiyevi raket və dronlardan atəşə tutub...

Poliqon xəbər verir ki, hücumlar nəticəsində Kiyevdə 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bundan başqa hücumların olduğu bölgələrdə yanğın və dağıntıların olduğu bildirilir.

Paytaxtın Şevçenkivski rayonunda bir nəfərin ölməsi ilə bağlı da məlumat var.

Kiyev Dövlət Hərbi Dairəsinin rəisi Timur Tkaçenko şəhər üzrə 40-dan çox obyektin zədələndiyini bildirib. Hücumların nəticələrinin aradan qaldırılması üçün işlər davam etdirilir.

***

Ukraynanın paytaxtı Kiyev Rusiya ordusu tərəfindən dron və raket atəşinə tutulub.

Poliqon xəbər verir ki, Kiyevin Şevçenkivski, Dnepr və Podilski rayonlarına zərbələr endirilib.

Raketlərin düşdüyü yerlərdə yanğınlar baş verib, yaşayış binalarına ziyan dəyib.

Poliqon.info

Избранный
19
2
poliqon.info

10Источники