RU

Karnidən Rusiyaya çağırış: "Təcavüzkar müharibəni dərhal dayandırın!"

Kanadanın Baş naziri Mark Karni Ukrayna müharibəsi ilə bağlı diqqət çəkən paylaşım edib.

Publika.az xəbər verir ki, siyasətçi sosial şəbəkə hesabında Rusiyanı Ukraynaya endirdiyi zərbələri dərhal dayandırmağa və bununla da münaqişəyə son qoymağa çağırıb. O, Kiyev də daxil olmaqla, ölkənin ərazisinə kütləvi hava hücumlarının təşkil edilməsi barədə yayılan son xəbərləri şərh edib.

"Biz Rusiyanı bu zərbələri dərhal dayandırmağa və bu qanunsuz, təcavüzkar müharibəyə son qoymağa çağırırıq. Onlar insanların əzablarını uzadırlar və Rusiyanın bu müharibədə uduzacağı faktını dəyişdirmək üçün heç nə etmirlər", - deyə Karni yazıb.

Karni Kanadanın Ukraynada və Avropada ədalətli, davamlı sülhü təmin etmək üçün beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq etməyə davam edəcəyini bildirib.

Избранный
50
2
publika.az

3Источники