RU

“Malyorka” və “Jirona” da La Liqanı tərk etdilər – ARENA.AZ

“Malyorka” və “Jirona” komandaları futbol üzrə İspaniya La Liqasının 2025/2026-cı illər mövsümünün yekununa əsasən elitanı tərk ediblər.

Arena.az xəbər verir ki, buna sonuncu – 38-ci turun ötən gecə keçirilmiş oyunlarından sonra aydınlıq gəlib.

“Jirona” doğma meydanda “Elçe” ilə heç-heçə edərək xallarının sayının 41-ə çatdırıb və 19-cu pillədə qərarlaşıb. “Malyorka” isə “Real Ovyedo”nun 3:0 hesabıyla yensə də, 42 xalla 18-ci olub. “Osasuna” və “Levante” də 42 xal toplayıblar. Lakin digər göstəricilərə görə, bu iki komanda La Liqada qalıb.

Xatırladaq ki, daha öncə “Real Ovyedo” (29 xal) La Liqa ilə vidalaşmaq məcburiyyətində qalmışdı.

Yeri gəlmişkən, La Liqanın cari mövsümünün ən sərrast futbolçuları da müəyyənləşib. Cari mövsümün ən sərrast qolçusu adını “Real”ın 27 yaşlı fransalı mərkəz hücumçusu Kilian Mbappe qazanıb. O, mövsüm ərzində rəqib qapılarına 25 qol vurub.

Xatırldaq ki, ötən mövsüm İspaniya La Liqasında debüt etmiş Mbappe həmin mövsümün də ən sərrast qolçusu olmuşdu – 31 qol vurmuşdu.

La Liqa çərçivəsində sonuncu, 38-ci turun yalnız 1 oyunu – “Vilyarreal” – “Atletiko” (Madrid) mayın 24-də keçiriləcək. Bu oyunda La Liqanın bürünc medalının sahibi müəyyənləşəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
54
9
arena.az

10Источники