RU

Tramp: Ağ Evin yaxınlığındakı hadisə prezidentlər üçün təhlükəsiz məkanın yaradılmasının vacibliyini göstərdi

Tramp:

Məxfi xidmət və hüquq-mühafizə orqanlarına bu axşam Ağ Evin yaxınlığında kriminal keçmişi olan silahlı şəxsə qarşı sürətli və peşəkar fəaliyyətlərinə görə təşəkkür edirəm.

Bu barədə ABŞ Prezidenti Donald Tramp paylaşımında bildirib.

“Silahlı şəxs Ağ Evin giriş qapıları yaxınlığında Məxfi Xidmət əməkdaşları ilə baş vermiş atışmadan sonra öldürülüb. Bu hadisə Ağ Ev Müxbirlərinin Şam Yeməyində baş vermiş atışmadan cəmi bir ay sonraya təsadüf edir və göstərir ki, gələcək bütün prezidentlər üçün Vaşinqtonda təhlükəsiz və ən mühafizəli məkanın yaradılması nə qədər vacibdir. Ölkəmizin milli təhlükəsizliyi bunu tələb edir!”, - deyə Donal Tramp vurğulayıb.

ABŞ Məxfi Xidmətinin açıqlamasında bildirilib ki, Vaşinqtonda silahlı şəxs 17-ci küçə və Şimal-Qərb Pensilvaniya prospektindən Ağ evə 150 metr yaxınlaşıb və atəş açmağa başlayıb. Məxfi Xidmət əməkdaşlarının cavab atəşi ilə o, yaralanıb, aparıldığı xəstəxanada öldüb. Atışmada bir nəfər də yaralanıb.

"New York Post" yazıb ki, hadisəni törədən 21 yaşlı Nasire Bestdir.

Избранный
23
3
xalqcebhesi.az

10Источники