RU

Bərdədə ağır qəza: Ölən var

Bərdə rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Mehdixanlı kəndi ərazisində baş verib.

Belə ki, Nadir Rəşid oğlu Həsənovun sükanı arxasında olduğu VAZ-2107 markalı minik avtomobili idarəetmədən çıxıb. Nəticədə avtomobil yolun kənarındakı su arxına düşüb.

Qəza zamanı sürücü N.Həsənov ağır xəsarət alıb, avtomobildə olan sərnişin - 1996-cı il təvəllüdlü Pəri Mahir qızı Həsənova isə həlak olub.

Faktla bağlı araşdırma aparılır.

Избранный
1
6
redaktor.az

10Источники