Türkiyədə torpaq mübahisəsi 15 nəfərin yaralanması ilə nəticələnib
Ajans.azxəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Məlumata görə, iki ailə arasında torpaq məsələsi səbəbindən başlayan mübahisə zamanı tərəflər bir-birinə kəsici alətlərlə xəsarət yetiriblər. Əraziyə polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralılar xəstəxanaya çatdırılıb.