RU

MPL: Mövsümə Qubada yekun vurulur

Misli Premyer Lİqasında mövsümə yekun vurulur.

Fanat.Az xəbər verir ki, 283 günlük marafon bu gün Qubada başa çatacaq.

33-cü tur çərçivəsində keçirilən son oyunda debütantlar "İmişli" ilə "Karvan-Yevlax" üz-üzə gələcəklər. 

Saat 16:00-da başlayacaq qarşılaşmada İnqilab Məmmədovun başçılıq etdiyi hakimlər briqadası iş başında olacaq.

"İmişli" ilk mövsümündə elitada yerini qorumağı bacarıbsa, "Karvan-Yevlax" sonuncu olmaqla, yenidən I Liqaya yuvarlanıb.

Daha öncə “Qəbələ” “Şamaxı”ya (3:1), “Sabah” “Turan Tovuz”a (2:1), “Qarabağ” “Sumqayıt”a (4:3), "Neftçi" "Kəpəz"ə (1:0), "Araz-Naxçıvan" "Zirə"yə (3:2)  qalib gəlib

Misli Premyer Liqası
33-cü tur
24 may 

16.00. “İmişli” – “Karvan-Yevlax”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Tərlan Talıbzadə, Kamran Əliyev.
VAR: Rəşad Əhmədov, Rahil Ramazanov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Quba. Olimpiya İdman Kompleksinin stadionu.

Избранный
5
2
fanat.az

4Источники