Amerika Birləşmiş Ştatlarında Ağ Ev istiqamətində atışma olub.
Day.Az-ın məlumatına görə, həmin şəxs əraziyə silah ilə yaxınlaşıb və bir neçə dəfə atəş açıb.
Bundan sonra Məxfi Xidmətin əməkdaşları cavab atəşi açaraq, silahlını zərərsizləşdiriblər.
Hadisə zamanı 1 mülki şəxsin xəsarət aldığı bildirilir.
Federal Təhqiqatlar Bürosunun əməkdaşları hadisə yerində araşdırma aparırlar.