RU

Bu gündən Bakıda hava əsasən yağmursuz keçəcək

Bu

İlhamə

Müəllif

İlhamə Vəliqızı

Bakıda və Abşeron yarımadasında mayın 24-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Milli Hidrometeorologiya Xidmətindən Ulusum.az-a bildirilib ki, gecəyə doğru bəzi ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimal olunur. Gecə və səhər saatlarında bəzi yerlərdə duman müşahidə ediləcək. Mülayim cənub-şərq küləyi əsəcək.Havanın temperaturu gecə 16-19°, gündüz 23-27° isti olacaq. Atmosfer təzyiqinin 762 mm civə sütunundan 759 mm civə sütununa enəcəyi, nisbi rütubətin isə 65-75 % təşkil edəcəyi gözlənilir.Azərbaycanın rayonlarında isə bəzi yerlərdə arabir yağıntılı hava şəraiti müşahidə olunacaq. Ayrı-ayrı ərazilərdə yağıntının qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir. Yüksək dağlıq ərazilərdə qar yağacağı, axşam saatlarında isə yağışın bəzi yerlərdə güclənəcəyi proqnozlaşdırılır.Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı ərazilərdə arabir güclənəcək.Havanın temperaturu gecə 14-17°, gündüz 23-28° isti, dağlıq ərazilərdə gecə 4-9°, gündüz 12-17°, bəzi yerlərdə isə 20-23° isti olacaq.

Diqqət Çəkənlər

Azərbaycanın Təbrizdəki konsulu yol qəzasında həlak olub

WUF13 Rekord sayda iştirakçı və tərəfdaşın iştirakı və Bakı Fəaliyyətə Çağırışın qəbul edilməsi ilə yadda qalıb

Hərbi attaşelər Dövlət Sərhəd Xidmətində

Избранный
62
2
ulusum.az

10Источники