RU

“Liverpul” klubdan ayrılan Salah və Robertsonun şərəfinə xüsusi mərasim təşkil edib FOTO

ain.az, Idman.biz portalına istinadən məlumat verir.

“Liverpul” bu yay klubdan ayrılacaq hücumçu Məhəmməd Salah və müdafiəçi Endryu Robertsona həsr olunmuş xüsusi mərasim keçirib.

İdman.Biz bildirir ki, mersisaydlılar oyunçuların forma nömrələrinin əks olunduğu xüsusi suvenirlər hazırlayıblar. “Qırmızılar” sosial mediada hadisəyə həsr olunmuş bir mesaj paylaşıblar.

Salah 2017-ci ildən “Liverpul”da çıxış edir. Bu müddət ərzində 33 yaşlı hücumçu bütün yarışlarda 441 oyun keçirib, 257 qol vurub və 122 məhsuldar ötürmə edib.

Robertson 2017-ci ildən mersisaydrlılarda çıxış edir. Bu müddət ərzində Robertson bütün yarışlarda 377 oyun keçirib, 14 qol vurub və 69 məhsuldar ötürmə edib.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
76
icma.az

1Источники