RU

Millinin hücumçusu məşqdə zədələndi, göz yaşlarını saxlaya bilmədi - VİDEO

Türkiyə millisinin hücumçusu Kerem Aktürkoğlu milli komandanın məşqi zamanı zədələnib.

Sportinfo.az xəbər verir ki, dünya çempionatına hazırlıq çərçivəsində keçirilən məşqdə ikitərəfli oyun zamanı Kerem Aktürkoğlu yerdə qalıb və məşqi davam etdirə bilməyib.

Hadisədən sonra meydançaya daxil olan tibbi heyət onun dizinə sarğı bağlayıb.

Yeriməkdə çətinlik çəkən Kerem daha sonra komanda yoldaşlarının və əməkdaşların köməyi ilə meydandan çıxarılıb.

Zədə alan forvardın göz yaşlarını saxlaya bilmədiyi görüntülərə əks olunub.

Избранный
48
sportinfo.az

1Источники