RU

Ağ Evdə fövqəladə durum – jurnalistlər təxliyə edildi, snayperlər mövqe qurdu

ABŞ paytaxtında Ağ Ev yaxınlığında baş verən silahlı insident təhlükəsizlik qüvvələrini hərəkətə keçirib.

Musavat.com xəbər verir ki, Amerika mediasının məlumatına görə, Ağ Ev ətrafında 20-30 atəş səsi eşidilib.

Bildirilib ki, hadisədən sonra ABŞ Gizli Xidmətinin əməkdaşları jurnalistləri təcili şəkildə brifinq otağına təxliyə edib.

Məlumata əsasən, Ağ Ev ətrafında təhlükəsizlik tədbirləri maksimum səviyyəyə çatdırılıb. Əraziyə əlavə qüvvələr cəlb olunub, binanın ətrafında isə snayperlər mövqe tutub.

Musavat.com

Избранный
11
32
musavat.com

10Источники