RU

KİV: Müsəlman ölkələrinin liderləri Trampı İranla müharibəyə son qoymağa çağırıb

ABŞ prezidenti Donald Trampla videokonfransda iştirak edən bütün ərəb və müsəlman liderləri onu İranla müqaviləni qəbul etməyə və bölgədəki düşmənçiliyə son qoymağa çağırıblar.

Bu barədə “Axios” müxbiri Barak Ravid öz mənbələrinə istinadən məlumat verib.

Qeyd edək ki, Tramp Bəhreyn, Misir, İordaniya, Qətər, BƏƏ, Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə liderləri ilə danışdığını və İranla sülh müqaviləsi üçün anlaşma memorandumunun layihəsini müzakirə etdiyini açıqlamışdı.

"Regiondakı mənbənin məlumatına görə, şənbə günü Trampla telefon danışığında iştirak edən bütün ərəb və müsəlman liderləri onu müharibəyə son qoymaq və bölgədəki vəziyyəti gərginləşdirməmək üçün müqaviləni qəbul etməyə çağırıblar", - Ravid “X” hesabında yazıb.

Избранный
87
2
apa.az

3Источники