RU

Qətl hadisəsindən sonra yeni addım – qaraçılar üçün milyonluq proqram hazırlanır

Rusiyanın Çelyabinsk vilayətində yerləşən Korkino şəhərində qaraçı icmasının inteqrasiyası ilə bağlı yeni layihəyə start verilib.

Musavat.com xəbər verir ki, bu addım 2024-cü ildə Korkinoda taksi sürücüsünün qətli ilə bağlı rezonans doğuran hadisədən sonra atılıb. Həmin olaydan sonra şəhərdə etnik gərginlik artmış, məsələ Rusiya mediasında geniş müzakirə olunmuşdu.

Məlumata görə, Qaraçıların Rusiya cəmiyyətinə inteqrasiyası, polikultural məkanda etnik qarşılıqlı əlaqələrin harmonizasiyası adlı seminarın təşkili üçün təxminən 2,7 milyon rubl ayrılıb.

Tenderin ilkin dəyərinin 2 milyon 998 min rubl olduğu bildirilir. “LA Krema” MMC 2 milyon 669 min rubl məbləğində təklif təqdim edərək müqaviləni qazanıb.

Şərtlərə əsasən, seminarda ən azı 150 nəfər iştirak etməlidir. Onların sırasında ekspertlər, məmurlar, ictimai fəallar, qaraçı icmasının nümayəndələri, Korkino sakinləri və kazaklar yer alacaq.

Bundan əlavə, tədbirdə milli siyasət, qaraçıların sosial-mədəni inkişafı, ekstremizmin profilaktikası, eləcə də millətlərarası və dinlərarası münasibətlər sahəsində çalışan azı 12 ekspert iştirak etməlidir. Onlardan dördünün məruzə ilə çıxış etməsi nəzərdə tutulur.

Musavat.com

Избранный
66
50
musavat.com

10Источники